Laparoskopiya hansı hallarda aparılır?
- Endometrioz, o cümlədən dərin endometrioz düyünlərinin çıxarılması;
- çanaqda yapışıqlıqların açılması;
- uşaqlıq borularının keçiriciliyinin bərpası, göstəriş olduqda;
- ikibuynuzlu uşaqlıq və digər anadangəlmə anomaliyaların korreksiyası;
- histeroskopiya ilə birlikdə kompleks qiymətləndirmə tələb edən hallar.
Hər problem əməliyyat tələb edirmi?
Xeyr. Xəstəni nə vaxt əməliyyat etmək lazım olduğunu bilmək qədər, nə vaxt əməliyyat etməmək lazım olduğunu bilmək də vacibdir. Bəzən doğru diaqnoz və düzgün müalicə planı əməliyyata ehtiyacı tamamilə aradan qaldırır. USM-də görünən hər kista və mioma əməliyyat tələb etmir.
Əməliyyatdan sonra hamiləlik necə planlaşdırılır?
Anatomik problem aradan qaldırıldıqdan sonra bəzi xəstələrdə hamiləlik təbii yolla baş verir. Bəzi hallarda isə əməliyyatdan sonra vaxt itirmədən süni mayalanmaya keçmək daha düzgündür. Hansı yolun seçiləcəyini əməliyyat zamanı görülən vəziyyət, qadının yaşı və yumurta ehtiyatı müəyyən edir.