İndi
Övlad sahibi olmaq istəyirik
Hamiləlik gecikirsə, əvvəlcə səbəb tapılır: cütlük birlikdə müayinə olunur, sonra ən uyğun yol seçilir — müalicə, əməliyyat, aşılama və ya süni mayalanma.
DURU Sonsuzluq Mərkəzi · Dr. Emin Haqverdiyev
Sonsuzluğun sonu var.
DURU Sonsuzluq Mərkəzi Bakıda, Nəsimi rayonunda yerləşən sonsuzluq və qadın sağlamlığı mərkəzidir. Mərkəz 2021-ci ildə uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi Dr. Emin Haqverdiyev tərəfindən təsis edilib. Burada əvvəlcə sonsuzluğun səbəbi araşdırılır, müalicə yolu isə yalnız səbəb tapıldıqdan sonra seçilir.
Embriologiya laboratoriyası
ICSI, çip üsulu ilə sperm seçimi, dondurma və saxlanma.
Müalicə yolu
Bölgə qəbulları
Gəncə, Mingəçevir, Şəki və digər şəhərlər.
Sizin yolunuz
Hər cütlüyün hekayəsi fərqlidir. Müalicə yolu da cütlüyün vəziyyətinə, yaşına və vaxtına görə qurulur.
İndi
Hamiləlik gecikirsə, əvvəlcə səbəb tapılır: cütlük birlikdə müayinə olunur, sonra ən uyğun yol seçilir — müalicə, əməliyyat, aşılama və ya süni mayalanma.
Gələcək üçün
Yumurtaları bugünkü keyfiyyəti ilə dondurmaq illər sonra daha gənc yaşda toplanmış yumurtalardan istifadə etməyə imkan verir. Evlənməmiş xanımlarda yumurtalar göbək ətrafından toplana bilər.
Xidmətlər
Cütlük birlikdə müayinə olunur: hormon analizləri, USM, HSG, spermioqram, genetik testlər.
ƏtraflıYumurtaların laboratoriyada mayalandırılması və embrionun uşaqlığa köçürülməsi.
ƏtraflıTək spermin mikroskop altında yumurtanın içinə yeridilməsi.
ƏtraflıHazırlanmış spermanın ovulyasiya vaxtı uşaqlığa yeridilməsi; narkoz tələb etmir.
ƏtraflıSüni mayalanmanın son və ən həssas mərhələsi.
ƏtraflıAna olmağı təxirə salan xanımlar üçün fertilliyin qorunması.
ƏtraflıSpermioqram, varikosel, azoospermiya, TESE və mikro-TESE, çip üsulu ilə sperm seçimi.
ƏtraflıEmbrionun transferdən əvvəl genetik analizi, karyotip, genetik skrininq.
ƏtraflıPolip, uşaqlıq arakəsməsi, yapışıqlıq və digər uşaqlıqdaxili problemlərin kəsiksiz müalicəsi.
ƏtraflıEndometrioz, yapışıqlıqlar, boru problemləri və uşaqlıq anomaliyaları üçün qapalı əməliyyat.
ƏtraflıSüni mayalanmadan sonrakı və riskli hamiləliklərin izlənməsi, serklaj, qeysəriyyə.
ƏtraflıMüalicə yolunda cütlüyün emosional yükünün yüngülləşdirilməsi.
ƏtraflıYanaşmamız
Səbəbini tapmadan addım atmırıq. Fərqi analizlərin sayı deyil, onların düzgün oxunması yaradır.
Bəzən kiçik bir histeroskopiya, düzgün seçilmiş müalicə və ya aşılama kifayət edir. Süni mayalanma lazım olanda isə vaxt itirmirik.
Nə vaxt əməliyyat etmək lazım olduğunu bildiyimiz kimi, nə vaxt etməmək lazım olduğunu da bilirik. Əməliyyat lazım olanda qapalı — laparoskopik və histeroskopik — üsula üstünlük veririk.
Əlimizdə sehrli çubuq yoxdur. Şans real olanda müalicəyə başlayırıq, az olanda bunu açıq deyirik və digər yolları birlikdə müzakirə edirik.
Qadın və kişi eyni vaxtda qiymətləndirilir. Uroloq-androloq və embrioloqlar komandamızın ayrılmaz hissəsidir.
Müalicə psixoloji dəstəklə birlikdə aparılır. Bölgələrdə yaşayanlar üçün isə yol elə qurulur ki, Bakıya yalnız lazım olanda gəlsinlər.
Süni mayalanma addım-addım
Cütlüyün analizləri qiymətləndirilir, fərdi protokol seçilir.
Follikulların inkişafı USM ilə izlənir; bölgədə yaşayanlar bu müayinədən yerli USM həkimində keçə bilər.
Qısa müddətli narkoz altında aparılır.
Klassik IVF və ya ICSI.
Transferdən təxminən 10–14 gün sonra qan analizi verilir.
Həkimimiz
Tibb təhsilini Ankarada, Gazi Universitetində alıb, mama-ginekologiya üzrə ixtisaslaşmanı da Ankarada başa vurub. İstanbulda Acıbadem Atakent və İzmitdə VM Medical Park xəstəxanalarının süni mayalanma bölmələrində çalışıb, Bahçeşehir Universitetinin Tibb fakültəsində həkim-pedaqoq olub. 2019-cu ildən Bakıda fəaliyyət göstərir.
Həkim haqqında ətraflı“Xəstələrimizi nə vaxt əməliyyat edəcəyimizi bildiyimiz kimi, nə vaxt əməliyyat etməməli olduğumuzu da bilməliyik.”
Laboratoriya
“Yaxşı embrioloq işimizin ən azı yarısıdır.”
Dr. Emin Haqverdiyev
Bölgə qəbulları
Dr. Emin Haqverdiyev və komandası mütəmadi olaraq bölgələrdə qəbul keçirir. Qəbul tarixləri Instagram səhifələrimizdə elan olunur, qəbul yalnız əvvəlcədən qeydiyyatla mümkündür.
Videolar
Mediada
Suallar
12 ay müntəzəm, qorunmasız cinsi həyata baxmayaraq hamiləlik baş vermirsə, cütlük birlikdə müayinə olunmalıdır. Qadın 35 yaşdan yuxarıdırsa, 6 ay ərzində hamiləlik baş vermədikdə, 40 yaşdan sonra isə gözləmədən müraciət etmək lazımdır.
Xeyr. Bəzən hamiləliyə polip, uşaqlıq boşluğunun forması və ya hormonal pozğunluq kimi sadə problem mane olur. Səbəb aradan qaldırıldıqda hamiləlik təbii yolla və ya aşılama ilə baş verə bilər. Süni mayalanma göstərişə görə seçilir.
Bəli. Aşağı AMH az sayda yumurta deməkdir, amma yumurtanın keyfiyyətini birbaşa göstərmir. Süni mayalanma üçün bəzən bir keyfiyyətli yumurta da kifayət edir. Bu vəziyyətdə əsas məsələ vaxt itirməmək və fərdi protokol seçməkdir.
Həmişə belə deyil. Bəzən sperm xayada istehsal olunur, amma axarlar tıxandığı üçün xaricə çıxa bilmir. TESE və ya mikro-TESE ilə xayadan əldə olunan spermlərlə ICSI üsulu ilə mayalanma aparıla bilər. Spermin tapılma ehtimalı əvvəlcədən müayinələrlə qiymətləndirilir.
Tam onlayn konsultasiya aparmırıq, çünki düzgün qərar üçün müayinə vacibdir. Amma analizlərinizi Instagram və ya WhatsApp vasitəsilə göndərib ilkin sualınızı verə və qəbula yazıla bilərsiniz.
Bloq
“Süni uşaq”, cinsiyyət hesablaması, boru yuyulması, transferdən sonra yataq rejimi — ən çox yayılmış yanlış fikirlər və doğrusu.
Oxuyun Yumurta ehtiyatıAMH yumurta ehtiyatının miqdarını göstərir, keyfiyyətini yox. Aşağı AMH-da nə etmək olar?
Oxuyun Kişi sonsuzluğuTESE və mikro-TESE ilə xaya toxumasından sperm axtarılır və ICSI üsulu ilə istifadə olunur.
OxuyunƏlaqə
Qəbul əvvəlcədən qeydiyyatla aparılır. Əvvəlki bütün analizlərinizi və müalicə sənədlərinizi özünüzlə gətirin.