Bakıdan kənarda yaşayırsınız? Məsafə müalicəyə mane olmamalıdır

Bakıdan uzaqda yaşamaq müalicənin qarşısında maneə olmamalıdır. Bölgələrdə və xaricdə yaşayan cütlüklər üçün müalicə elə planlaşdırılır ki, Bakıya yalnız həqiqətən lazım olanda gəlsinlər.

  • Bölgələrdə mütəmadi qəbul
  • Qəbul yalnız əvvəlcədən qeydiyyatla
  • Yerli USM ilə izləmə

Bölgə qəbulları

Dr. Emin Haqverdiyev və komandası mütəmadi olaraq bölgələrdə qəbul keçirir. İndiyədək Gəncə, Mingəçevir, Şəki, Qəbələ, Quba, Masallı, Xaçmaz, Bərdə, Lənkəran, Şamaxı və Goranboyda qəbul günləri təşkil olunub. Bu səfərlərdə həm ginekoloji problemlərə, həm də sonsuzluğa kompleks yanaşılır.

  • Gəncə
  • Mingəçevir
  • Şəki
  • Qəbələ
  • Quba
  • Masallı
  • Xaçmaz
  • Bərdə
  • Lənkəran
  • Şamaxı
  • Goranboy
  • Qəbul tarixləri və ünvanlar hər səfər üçün ayrıca, Instagram səhifələrimizdə elan olunur.
  • Qəbul yalnız əvvəlcədən qeydiyyatla mümkündür, yerlər məhduddur.
  • Bölgə qəbullarında müayinə və konsultasiya aparılır, müalicə planı qurulur. Süni mayalanma prosedurları isə Bakıda, mərkəzin laboratoriyasında həyata keçirilir.

Stimulyasiyanı yaşadığınız yerdə izləmək mümkündürmü?

Bəli. Hər kontrol üçün saatlarla yol gəlmək əvəzinə, yaşadığınız bölgədə etibar etdiyiniz USM həkimində müayinə olunmaq olar. Bizim üçün əsas şərt nəticələrin düzgün və detallı qeyd edilməsidir: follikulların sayı və ölçüləri. Bu məlumatlarla proses məsafədən izlənir, növbəti addım planlaşdırılır və Bakıya gəlişiniz yalnız lazım olan mərhələlər üçün — məsələn, yumurta toplama və embrion transferi üçün — təşkil olunur.

Xaricdən gələn xəstələr

Mərkəzə xaricdə yaşayan həmyerlilərimiz və başqa ölkələrdən gələn cütlüklər də müraciət edir. Səfərinizi düzgün planlaşdırmaq üçün əvvəlcədən əlaqə saxlayın və əlinizdə olan analiz və müalicə sənədlərini göndərin.

Onlayn konsultasiya edirsinizmi?

Tam onlayn konsultasiya aparmırıq, çünki düzgün qərar üçün müayinə vacibdir. Analizlərinizi Instagram (DM) və ya WhatsApp vasitəsilə göndərib ilkin sualınızı verə və qəbula yazıla bilərsiniz.

Tez-tez axtarılanlar

    Nəticələr arasında ↑ ↓ ilə keçin, Enter ilə açın, Esc ilə bağlayın.

    Vizitkart

    DURU Sonsuzluq Mərkəzi

    Dr. Emin Haqverdiyev — uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi

    • ÜnvanNəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 12 (20 Yanvar m/s yaxınlığı)
    • Qeydiyyat nömrəsiZəng və WhatsApp
    • XəritəÜnvanı Google Xəritələrdə açın Açın

    Qəbul əvvəlcədən qeydiyyatla aparılır. Tam onlayn konsultasiya aparılmır, amma analizlərinizi WhatsApp və ya Instagram vasitəsilə göndərib ilkin sualınızı verə bilərsiniz.

    Əlçatanlıq ayarları

    Mətn ölçüsü