Sonsuzluğun diaqnostikası

Bizim işimizdə əsas məsələ düzgün diaqnozdur. Analiz vermək asandır, fərqi isə nəticəni oxuyan yox, onu anlayan yaradır: hər rəqəmin arxasında bir səbəb dayanır, doğru qərar isə həmin səbəbi anlamaqdan doğur. Müalicə planı analizlərin sayına görə deyil, onların düzgün şərhinə görə qurulur.

  • Hormon analizləri
  • USM və HSG
  • Spermioqram
  • Genetik testlər

İlk qəbulda nələr qiymətləndirilir?

  • nikah müddəti, əvvəlki hamiləliklər, düşüklər və doğuşlar;
  • keçirilmiş əməliyyatlar, xroniki xəstəliklər, istifadə olunan dərmanlar;
  • əvvəlki analizlər, USM və HSG nəticələri, varsa əvvəlki müalicə və süni mayalanma protokolları;
  • ginekoloji müayinə və transvaginal USM;
  • lazım olan əlavə müayinələrin planlaşdırılması.

Qadın üçün əsas müayinələr

MüayinəNəyi göstərir
Hormon analizləri (FSH, AMH, prolaktin, TSH və s.)Yumurtalıqların funksiyası, yumurta ehtiyatı, hormonal pozğunluqlar
Transvaginal USMUşaqlıq, endometrium, yumurtalıqlar, follikullar, kista və miomalar
HSG (histerosalpinqoqrafiya, “boru rentgeni”)Uşaqlıq borularının keçiriciliyi və uşaqlıq boşluğunun forması
HisteroskopiyaUşaqlıq boşluğunun içəridən görüntülənməsi; polip, arakəsmə və yapışıqlığın eyni seansda müalicəsi
Laparoskopiya (göstəriş olduqda)Endometrioz, yapışıqlıqlar və boru problemlərinin birbaşa qiymətləndirilməsi və müalicəsi
CA-125 (süni mayalanmadan əvvəl, göstəriş olduqda)Endometrioz, kista və ya iltihabi proseslər barədə əlavə siqnal

CA-125 barədə qeyd: CA-125-in yüksək çıxması həmişə xərçəng demək deyil. Süni mayalanma planlaşdıran qadınlarda bu göstərici endometrioz, kista və ya iltihabla bağlı yüksələ bilər və müalicə planına təsir edə bilər. Buna görə süni mayalanmadan əvvəl düzgün qiymətləndirilməlidir.

Kişi üçün əsas müayinələr

  • Spermioqram (sperma analizi) — ÜST standartına görə, 2–7 günlük cinsi pəhrizdən sonra verilir. Sperma analizi çox həssas müayinədir: nəticə laboratoriya şəraitindən və texniki detallardan asılıdır. Buna görə tək bir nəticəyə əsasən qərar verilmir və lazım olduqda analiz ixtisaslaşmış laboratoriyada təkrarlanır.
  • Uroloq-androloq müayinəsi — varikosel, hormonal və anatomik səbəblərin qiymətləndirilməsi.
  • Əlavə analizlər — göstəriş olduqda hormon və genetik testlər.

Genetik və laxtalanma müayinələri

Süni mayalanma dəfələrlə nəticə verməyibsə və ya hamiləlik təkrar-təkrar erkən həftələrdə dayanıbsa, həkimin qiymətləndirməsi ilə iki mühüm istiqamət araşdırılır:

  • genetik amillər — cütlüyün karyotip (xromosom) analizi və göstəriş olduqda digər genetik testlər;
  • laxtalanma pozğunluqları (trombofiliya) — göstəriş olduqda qanın laxtalanma sistemini yoxlayan analizlər.

HSG: nəticəyə nə vaxt etibar etmək olar?

HSG, “boru rentgeni” və “rahim filmi” eyni müayinənin fərqli adlarıdır. Bu müayinədə nəticənin etibarlılığı çəkiliş texnikasından çox asılıdır. Müayinə zamanı uşaqlığın yığılması açıq borunu bağlı kimi göstərə bilər. Buna görə şübhəli HSG nəticəsi əməliyyat qərarından əvvəl diqqətlə yenidən qiymətləndirilir. Bu diqqət bəzən xəstəni lazımsız əməliyyatdan qoruyur.

Beynəlxalq araşdırmalar HSG-dən sonrakı aylarda təbii hamiləlik ehtimalının arta biləcəyini göstərir. Bu təsir xüsusən yağ əsaslı kontrast maddə ilə aparılan müayinələrdə müşahidə olunub.

Tez-tez axtarılanlar

    Nəticələr arasında ↑ ↓ ilə keçin, Enter ilə açın, Esc ilə bağlayın.

    Vizitkart

    DURU Sonsuzluq Mərkəzi

    Dr. Emin Haqverdiyev — uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi

    • ÜnvanNəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 12 (20 Yanvar m/s yaxınlığı)
    • Qeydiyyat nömrəsiZəng və WhatsApp
    • XəritəÜnvanı Google Xəritələrdə açın Açın

    Qəbul əvvəlcədən qeydiyyatla aparılır. Tam onlayn konsultasiya aparılmır, amma analizlərinizi WhatsApp və ya Instagram vasitəsilə göndərib ilkin sualınızı verə bilərsiniz.

    Əlçatanlıq ayarları

    Mətn ölçüsü