Profilaktik müayinə, PAP-test və HPV
HPV (insan papilloma virusu) infeksiyası çox vaxt heç bir əlamət vermir və əksər hallarda öz-özünə keçib gedir. Uzun müddət qaldıqda isə uşaqlıq boynunda dəyişikliklərə səbəb ola bilər. Vaxtında aparılan ginekoloji müayinə, PAP-test (PAP-smear) və HPV testi erkən diaqnozun ən etibarlı yoludur. Müayinələrin tezliyini yaşınıza və əvvəlki nəticələrinizə görə həkiminiz müəyyən edir.
PAP-test nəticəsində ASC-US yazılıbsa, nə etməli?
Qorxmayın. ASC-US “əhəmiyyəti müəyyən olunmamış atipik yastı epitel hüceyrələri” deməkdir və xərçəng diaqnozu deyil. Bu nəticə çox vaxt HPV infeksiyası və ya iltihabla bağlı olur. Növbəti addım — HPV testi və ya təkrar müayinə — həkim tərəfindən müəyyən edilir.
Uşaqlıq boynunda “yara” və ya rəng dəyişikliyi mütləq müalicə tələb edirmi?
Xeyr. Uşaqlıq boynunda görünən hər rəng dəyişikliyi, eləcə də USM-də görünən hər kista və mioma əməliyyat tələb etmir. Qərar müayinə, PAP-test və lazım olduqda əlavə analizlərin nəticəsinə görə verilir.
Kontrasepsiya (hamiləlikdən qorunma)
Hər qadının orqanizmi fərqli olduğu üçün qorunma üsulu da fərdi seçilməlidir. Ümumi sağlamlıq qiymətləndirilmədən üsul seçmək yanlışdır. Mərkəzimizdə dərialtı implant və hormonlu uşaqlıqdaxili spiral daxil olmaqla müasir üsullar barədə məsləhət verilir. Hormonlu spiral bəzi hallarda hamiləlikdən qorunmadan əlavə tibbi məqsədlə də təyin oluna bilər.
Sidik saxlamama (inkontinensiya)
Öskürəndə, gülərkən və ya fiziki yük zamanı sidik saxlamama bir çox qadında rast gəlinən, amma çox vaxt gizlədilən problemdir. Mərkəzimizdə bu problemin qiymətləndirilməsi və müalicəsi ilə uzman cərrah-ginekoloq Vüsalə Kazımova məşğul olur.
Estetik ginekologiya
Estetik ginekologiya mərkəzimizin xidmət istiqamətlərindən biridir. Hər müraciətdə əvvəlcə ginekoloji müayinə aparılır, xəstənin şikayəti və gözləntiləri dinlənilir, uyğun üsul və real nəticələr açıq izah edilir.