DURU Sonsuzluq Mərkəzi (Duru Klinik) Bakıda fəaliyyət göstərən sonsuzluq və qadın sağlamlığı mərkəzidir. Mərkəz 2021-ci ildə uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi Dr. Emin Haqverdiyev tərəfindən Duru Qadın Sağlamlığı Mərkəzi kimi təsis edilib və bu gün də onun rəhbərliyi ilə işləyir.
Mərkəz Bakıda, Nəsimi rayonunda, 20 Yanvar metrosunun yaxınlığında — Məmmədcəfər Cəfərov küçəsi 12 ünvanında qəbul edir.
Adımız süni mayalanma ilə tanınsa da, biz yalnız süni mayalanma etmirik. Sonsuzluğun araşdırılması, müalicəsi, cərrahi həlli və hamiləliyin təqibi eyni komanda tərəfindən planlaşdırılır. Sadə ginekoloji müayinədən mürəkkəb əməliyyatlara qədər qadın sağlamlığının bütün mərhələlərində yanınızdayıq.
Şüarımız — “Sonsuzluğun sonu var”. Bu, hər cütlüyə nəticə vəd etmək deyil. Bu, səbəbi axtarmaqdan yorulmamaq, real şansı açıq izah etmək və o şansdan düzgün istifadə etmək deməkdir.
Yanaşmamız
Səbəbini tapmadan addım atmırıq.
Hər dərman hər kəs üçün deyil; müayinəsiz verilən müalicə risklidir.
Stimulyasiya, yumurta toplama və transfer tarixləri həftə sonuna görə deyil, follikulların və endometriumun vəziyyətinə görə planlaşdırılır.
Transferdən əvvəl endometrium bizi qane etmirsə, transferi təxirə salırıq. Ən kiçik şübhə də nəzərə alınır.
Bizim işimizdə uğursuzluq da olur. Uğuru bölüşdüyümüz kimi, uğursuzluğu da açıq deyirik və səbəbini birlikdə araşdırırıq.
Etika
Xəstə hekayələri, fotoşəkillər və videolar yalnız xəstənin şifahi və yazılı razılığı ilə paylaşılır.
Maarifləndirici məzmunumuz reklam məqsədi daşımır: onun məqsədi xəstələri tibbi prosedurlar barədə düzgün məlumatlandırmaqdır.
Heç bir müalicədə nəticəni əvvəlcədən vəd etmirik və uğur faizi ilə reklam etmirik.