Kişi sonsuzluğu

Sonsuzluq araşdırması həmişə cütlüklə aparılır. DURU-da uroloq-androloq müayinəsi işimizin əsas hissələrindən biridir: kişi sonsuzluğu ilə bağlı xəstələrimizi əməkdaşlıq etdiyimiz uroloq-androloq Fuad İsmayılov müayinə edir, sperma nümunələri ilə isə embriologiya laboratoriyası işləyir.

  • Spermioqram: 2–7 günlük cinsi pəhrizdən sonra
  • TESE və mikro-TESE
  • Göstəriş olduqda çip üsulu

Spermioqram necə verilməlidir?

Sperma analizi ÜST standartına görə 2–7 günlük cinsi pəhrizdən sonra, laboratoriyada steril qaba verilir. Nəticə laboratoriya şəraitindən və texniki detallardan asılı olduğu üçün tək bir “pis” analizə əsasən qərar verilmir. Lazım olduqda analiz etibarlı, ixtisaslaşmış laboratoriyada təkrarlanır.

Sperm sayı azdırsa, övlad sahibi olmaq şansı varmı?

Bəli. Normada milyonlarla olmalı olan spermlərin sayı az və ya keyfiyyəti zəif olanda şans azalır, amma yox olmur. Belə hallarda ICSI üsulu ilə hər yumurta üçün bir sperm seçilir. Seçim zamanı spermin həm hərəkətliliyinə, həm də quruluşuna (morfologiyasına) baxılır. Embrioloqlarımız bəzən bir nümunəni bir saatdan artıq araşdıraraq tək hərəkətli spermi tapırlar.

Analizdə 0 sperm çıxıbsa, övlad sahibi olmaq mümkündürmü?

Mümkün ola bilər. Eyakulyatda sperm olmaması (azoospermiya) iki fərqli səbəbdən ola bilər: sperm istehsal olunur, amma axarlar tıxandığı üçün xaric ola bilmir, və ya xayada istehsal pozulub. Hər iki halda xayadan sperm əldə etmək üçün TESE və ya mikro-TESE (əməliyyat mikroskopu altında axtarış) aparıla bilər. Tapılan spermlər ICSI ilə yumurtanın mayalandırılmasında istifadə olunur. Spermin tapılıb-tapılmayacağını əvvəlcədən dəqiq demək olmur, ona görə bu ehtimal əməliyyatdan əvvəl müayinələrlə qiymətləndirilir.

Varikosel varsa, əməliyyat mütləqdirmi?

Xeyr. Varikosel (xayanın venalarının genişlənməsi) hər kişidə eyni qərarı tələb etmir. Əməliyyatın lazım olub-olmadığı varikoselin dərəcəsinə, sperma analizinin nəticələrinə, qadının yaşına və cütlüyün ümumi vəziyyətinə görə müəyyən edilir. Bəzi hallarda əməliyyat əvəzinə birbaşa köməkçi reproduktiv üsullar daha düzgün seçim olur.

Spermatozoidlərin yapışması (aqqlütinasiya) nədir?

Spermatozoidlərin bir-birinə yapışması onların hərəkətini çətinləşdirir və nəticəyə birbaşa təsir edə bilər. Problem çox vaxt özünü göstərmir, amma hamiləliyin gecikməsinə səbəb ola bilər. Səbəbi (məsələn, infeksiya və ya immun amillər) yalnız müayinə ilə dəqiqləşdirilir.

Çip üsulu ilə sperm seçimi nədir?

Çip çox kiçik, “ağıllı” süzgəc kimidir: sperma bu mikrokanallardan keçirilir və daha hərəkətli spermatozoidlər digərlərindən ayrılır. Bu üsuldan mərkəzimizdə göstəriş olduqda istifadə olunur. Mikrofluidik sperm seçimi beynəlxalq tövsiyələrdə (ESHRE, 2023) nəzərdən keçirilə bilən üsullar sırasındadır. Hansı nümunədə istifadə olunacağına embrioloq və həkim birlikdə qərar verir.

Sperma dondurma

Sperma kişinin yumurta toplama günü iştirak edə bilməyəcəyi hallarda, TESE ilə əldə olunan nümunələr üçün, həmçinin spermin keyfiyyətinə təsir edə biləcək müalicədən əvvəl dondurula bilər. Mövcud araşdırmalar dondurulmuş sperma ilə mayalanmadan doğulan uşaqların sağlamlıq göstəricilərinin təzə sperma ilə doğulan uşaqlardan fərqlənmədiyini göstərir.

Tez-tez axtarılanlar

    Nəticələr arasında ↑ ↓ ilə keçin, Enter ilə açın, Esc ilə bağlayın.

    Vizitkart

    DURU Sonsuzluq Mərkəzi

    Dr. Emin Haqverdiyev — uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi

    • ÜnvanNəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 12 (20 Yanvar m/s yaxınlığı)
    • Qeydiyyat nömrəsiZəng və WhatsApp
    • XəritəÜnvanı Google Xəritələrdə açın Açın

    Qəbul əvvəlcədən qeydiyyatla aparılır. Tam onlayn konsultasiya aparılmır, amma analizlərinizi WhatsApp və ya Instagram vasitəsilə göndərib ilkin sualınızı verə bilərsiniz.

    Əlçatanlıq ayarları

    Mətn ölçüsü