Təhsil
- 2006–2012Gazi Universiteti, Tibb fakültəsiAnkara, Türkiyə
- 2012–2016Mama-ginekologiya üzrə ixtisaslaşma (uzmanlıq)Ankara Yıldırım Beyazıt Universiteti, Atatürk Təhsil və Tədqiqat Xəstəxanası (Ankara)
Peşəkar təcrübə
- 2016Acıbadem Atakent Xəstəxanası (İstanbul)Robotik cərrahiyyə və süni mayalanma bölməsi; “Süni mayalanmanın uğurunu artıran texnologiyalar” elmi tədqiqat qrupunun üzvü
- 2017–2019Bahçeşehir Universiteti, Tibb fakültəsi (İstanbul)Sonsuzluq xəstələrində innovasiyalar sahəsində həkim-pedaqoq
- 2017–2019VM Medical Park İzmit XəstəxanasıSüni mayalanma şöbəsində ginekoloq-cərrah
- 2019–2021Reproduktiv Sağlamlıq Mərkəzi (Bakı)Cərrah mama-ginekoloq və süni mayalanma mütəxəssisi
- 2021-dənDuru Qadın Sağlamlığı Mərkəzi / DURU Sonsuzluq Mərkəzi (Bakı)Təsisçi və rəhbər
Peşəkar üzvlüklər
- Türk Ginekologiya və Mamalıq Cəmiyyəti (Türk Jinekoloji ve Obstetrik Derneği, TJOD)
- Minimal İnvaziv Ginekologiya Cəmiyyəti (Minimal İnvaziv Jinekoloji Derneği)
- Reproduktiv Tibb və Cərrahiyyə Cəmiyyəti (Üreme Tıbbı ve Cerrahisi Derneği, Türkiyə)
- Avropa İnsan Reproduksiyası və Embriologiyası Cəmiyyəti (ESHRE)
- Amerika Reproduktiv Tibb Cəmiyyəti (ASRM)
Əsas iş sahələri
- süni mayalanma (IVF) və ICSI;
- yumurta ehtiyatı azalmış xəstələrin müalicəsi, yumurta cavanlaşdırma (PRP);
- qapalı (laparoskopik və histeroskopik) ginekoloji əməliyyatlar, endometrioz cərrahiyyəsi, uşaqlıqdaxili poliplər;
- evlənməmiş xanımlarda göbək ətrafından yumurta toplama və yumurta dondurma;
- riskli hamiləliyin təqibi;
- qeysəriyyə əməliyyatı və əməliyyatdan sonrakı ağrının minimuma endirilməsi.
Dillər: Azərbaycan və türk dilləri.
Yanaşması — öz sözləri ilə
“Xəstələrimizi nə vaxt əməliyyat edəcəyimizi bildiyimiz kimi, nə vaxt əməliyyat etməməli olduğumuzu da bilməliyik. Biz cərrahlar bunu daha gec öyrənirik — yaxşı və orta cərrah arasındakı fərq məhz budur.”
“Biz heç vaxt yaxşı olduğumuzu iddia etməmişik — bunu siz deyirsiniz. Amma yaxşı niyyətli olduğumuzu həmişə deyirik.”
“Həmişə deyirik: səbəbini tapmadan addım atmayın.”
“Uğura sahib çıxdığımız kimi, uğursuzluğa da sahib çıxmaq fəzilətdir.”
Elmi fəaliyyət
- İxtisas (uzmanlıq) dissertasiyası, 2016. “Tubo-ovarial abseslərin klinik xüsusiyyətləri, risk amilləri və müalicəsinin retrospektiv qiymətləndirilməsi”. Ankara Yıldırım Beyazıt Universiteti, Tibb fakültəsi, Mama-ginekologiya kafedrası. Türkcə adı: “Tubo-ovaryan abseler klinik özellikleri, risk faktörleri ve tedavilerinin retrospektif değerlendirilmesi” (Türkiyə Milli Dissertasiya Mərkəzi, № 443789).
- Elmi məqalə (həmmüəllif), 2019. Şimşek E, Yavuz AF, Terzi E, Uysal TK, Öz Bedir BE, Haqverdiyev E, Özensoy Güler Ö. “Enzymes During Pregnancy: Cytosolic Carbonic Anhydrase, Catalase, Paraoxonase 1 and Xanthine Oxidase Levels”. Online Turkish Journal of Health Sciences 2019;4(1):79–93. doi:10.26453/otjhs.409112
- Konqres və elmi tədbirlər: ESHRE-nin 41-ci illik toplantısında iştirak (2025); Türkiyə Reproduktiv Tibb və Cərrahiyyə Cəmiyyətinin (ÜTCD) elmi tədbirində süni mayalanma sahəsinin tanınmış professorları ilə birgə çıxış; Bakıda keçirilən beynəlxalq urologiya konqresində dəvətli iştirak.
- Həkimlər üçün maarifləndirmə: beynəlxalq həkim toplantısında süni mayalanma və bu yolla əldə olunan hamiləliklərin idarə olunması barədə həkim həmkarlarına çıxış.
Mediada
Dr. Emin Haqverdiyev İTV-nin “Sağlam Yaşamaq” (2019) və ARB-nin “Faydalı Saat” (2020) verilişlərində, “Üzləşmə” və “Podkast Kimi Adam” podkastlarında (2025) sonsuzluq və süni mayalanma mövzusunda çıxış edib.
“Üzləşmə” podkastı: uğurlu süni mayalanmanın sırrı nədir?
“Podkast Kimi Adam”: sonsuzluq və süni mayalanma
Video kanalları
- DuRu Klinik — mərkəzin YouTube kanalı (2022-dən): youtube.com/@duruklinikofficial
- Yorgun Ginekoloq — Dr. Emin Haqverdiyevin şəxsi YouTube kanalı: youtube.com/@yorgunginekoloq327