Ginekologiya

Hər kista və mioma əməliyyat tələb etmir

“USM-də kista görünüb, əməliyyat etmək lazımdır” — bu fikir çox yayılıb. Amma USM-də görünən hər kista, hər mioma və uşaqlıq boynunda görünən hər rəng dəyişikliyi əməliyyat tələb etmir.

Kistalar

Yumurtalıq kistalarının bir hissəsi funksionaldır. Məsələn, partlamalı olan follikul partlamadıqda kistaya çevrilə bilər. Belə kistalar çox vaxt bir neçə menstrual sikl ərzində öz-özünə keçib gedir. Kistanın növü, ölçüsü və müşayiət edən şikayətlər qiymətləndirilmədən əməliyyat qərarı verilmir.

Miomalar

Miomanın hamiləliyə təsiri onun ölçüsündən və yerləşməsindən asılıdır. Uşaqlıq boşluğunu deformasiya edən miomalar embrionun yapışmasına təsir edə bilər. Uşaqlıq divarının xarici hissəsində yerləşən və şikayət yaratmayan miomalar isə çox vaxt hamiləliyə mane olmur. Miomanın dərhal çıxarılması hər zaman düzgün qərar deyil.

Hamiləlik planlaşdırırsınızsa

Uşaqlıq və yumurtalıqlar üzərində aparılan hər əməliyyatın öz riskləri var: yapışıqlıqlar və çapıq, yumurtalıq əməliyyatlarında isə yumurta ehtiyatının azalması. Buna görə hamiləlik planlaşdıran xanımlarda əməliyyat qərarı xüsusilə diqqətlə verilir. Yaxşı cərrahı fərqləndirən də budur: nə vaxt əməliyyat etmək lazım olduğunu bildiyi kimi, nə vaxt etməmək lazım olduğunu da bilmək.

Tez-tez axtarılanlar

    Nəticələr arasında ↑ ↓ ilə keçin, Enter ilə açın, Esc ilə bağlayın.

    Vizitkart

    DURU Sonsuzluq Mərkəzi

    Dr. Emin Haqverdiyev — uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi

    • ÜnvanNəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 12 (20 Yanvar m/s yaxınlığı)
    • Qeydiyyat nömrəsiZəng və WhatsApp
    • XəritəÜnvanı Google Xəritələrdə açın Açın

    Qəbul əvvəlcədən qeydiyyatla aparılır. Tam onlayn konsultasiya aparılmır, amma analizlərinizi WhatsApp və ya Instagram vasitəsilə göndərib ilkin sualınızı verə bilərsiniz.

    Əlçatanlıq ayarları

    Mətn ölçüsü