Sonsuzluq: səbəbləri və nə vaxt həkimə müraciət etməli

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərifinə görə, 12 ay və ya daha uzun müddət müntəzəm, qorunmasız cinsi həyata baxmayaraq hamiləliyin baş verməməsi sonsuzluq sayılır. ÜST-ün məlumatına görə, reproduktiv yaşda olan hər altı nəfərdən biri həyatının hansısa dövründə bu problemlə üzləşir. Səbəb həm qadında, həm kişidə, həm də hər ikisində ola bilər.

  • 12 ay
  • 35+ yaş: 6 ay
  • 40+ yaş: gözləmədən

Nə vaxt gözləmədən müraciət etmək lazımdır?

Aşağıdakı hallarda 12 ayın tamamlanmasını gözləmək lazım deyil:

  • 35 yaşdan yuxarısınızsa və 6 ay ərzində hamiləlik baş verməyibsə;
  • 40 yaşdan yuxarısınızsa — hamiləlik planlaşdırmağa başlayan kimi;
  • menstruasiya nizamsızdırsa və ya ümumiyyətlə olmursa;
  • əvvəllər kiçik çanaq nahiyəsində əməliyyat keçirmisinizsə, boru problemi və ya endometrioz diaqnozu qoyulubsa;
  • təkrarlanan düşükləriniz olubsa;
  • həyat yoldaşınızın sperma analizində dəyişiklik aşkarlanıbsa;
  • başqa mərkəzlərdə aparılan müalicə və ya süni mayalanma cəhdləri nəticə verməyibsə.

Sonsuzluq müalicəsində vaxt çox dəyərlidir. “Hər şey qaydasındadır, bir az da gözləyək” yanaşması, xüsusən 35 yaşdan sonra, itirilmiş illərə səbəb ola bilər.

Sonsuzluğun əsas səbəbləri hansılardır?

QadındaKişidə
Ovulyasiya pozğunluqları (polikistoz yumurtalıq sindromu, prolaktin və ya qalxanabənzər vəzi hormonlarının pozğunluğu)Sperm sayının, hərəkətliliyinin və ya quruluşunun pozulması
Uşaqlıq borularının tıxanması və ya zədələnməsiEyakulyatda spermin olmaması (azoospermiya)
Uşaqlıq boşluğu problemləri: polip, arakəsmə (septum), yapışıqlıq, anadangəlmə anomaliyalarVarikosel
EndometriozHormonal pozğunluqlar
Yumurta ehtiyatının azalması və yaş amiliToxum axarlarının tıxanması

Hər iki tərəfdə genetik amillər, artıq çəki və ümumi sağlamlıq vəziyyəti də rol oynaya bilər. Buna görə DURU-da müayinə həmişə cütlüklə aparılır.

“Səbəbsiz sonsuzluq” nə deməkdir?

“Səbəbsiz sonsuzluq” diaqnozunu tez-tez eşidirsiniz, amma bu diaqnoz bu qədər çox qoyulmamalıdır. Standart analizlərin normal çıxması səbəbin olmadığını göstərmir: problem uşaqlıq boşluğundakı kiçik dəyişikliklərdə, endometriumun vəziyyətində, spermin keyfiyyətində və ya genetik amillərdə gizlənə bilər. Bu diaqnoz yalnız bütün ehtimallar ardıcıl yoxlandıqdan sonra qoyula bilər.

DURU-da ilk addım

İlk qəbulda cütlüyün tibbi tarixçəsi, əvvəlki analizlər və müalicələr qiymətləndirilir, ginekoloji müayinə və USM aparılır, sonra lazım olan müayinələr planlaşdırılır. Əvvəlki bütün analizlərinizi, USM və HSG nəticələrinizi, varsa süni mayalanma protokollarınızı özünüzlə gətirin.

Tez-tez axtarılanlar

    Nəticələr arasında ↑ ↓ ilə keçin, Enter ilə açın, Esc ilə bağlayın.

    Vizitkart

    DURU Sonsuzluq Mərkəzi

    Dr. Emin Haqverdiyev — uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi

    • ÜnvanNəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 12 (20 Yanvar m/s yaxınlığı)
    • Qeydiyyat nömrəsiZəng və WhatsApp
    • XəritəÜnvanı Google Xəritələrdə açın Açın

    Qəbul əvvəlcədən qeydiyyatla aparılır. Tam onlayn konsultasiya aparılmır, amma analizlərinizi WhatsApp və ya Instagram vasitəsilə göndərib ilkin sualınızı verə bilərsiniz.

    Əlçatanlıq ayarları

    Mətn ölçüsü