Fertilliyin qorunması: yumurta dondurma

Yumurta dondurma (oosit kriokonservasiyası) qadının yumurtalarının indiki yaşındakı keyfiyyəti ilə dondurulub gələcək üçün saxlanmasıdır. Beləliklə, xanım illər sonra hamiləlik planlaşdıranda daha gənc yaşda toplanmış yumurtalarından istifadə edə bilir. Dondurulmuş yumurtanın bioloji yaşı dondurulduğu andakı yaş kimi qalır.

  • Stimulyasiya: orta hesabla 10–12 gün
  • Yumurta toplama narkoz altında
  • Maye azotda saxlanma

Yumurta dondurmanı kimlər düşünməlidir?

  • təhsil və ya karyera səbəbindən ana olmağı təxirə salan xanımlar;
  • hələ ailə qurmamış, amma yaşının irəlilədiyindən narahat olan xanımlar — “yaşım keçir, uşaq sahibi olmalıyam, amma hələ evlənmək istəmirəm” deyənlər üçün bu, real alternativdir;
  • yumurta ehtiyatı (AMH) azalmağa başlayan xanımlar;
  • yumurta ehtiyatını azalda biləcək müalicə və ya əməliyyatdan əvvəl, həkimin tövsiyəsi ilə.

Hansı yaşda dondurmaq daha doğrudur?

Nə qədər tez, bir o qədər yaxşıdır. 35 yaşdan sonra yumurtaların sayı və keyfiyyəti daha sürətlə azalır. Gənc yaşda dondurulan yumurtalarla gələcəkdə hamiləlik şansı daha yüksək olur. Yaşınıza və AMH göstəricinizə görə neçə yumurtanın dondurulmasının məqsədəuyğun olduğunu həkim izah edir.

Evlənməmiş xanımlarda yumurtalar necə toplanır?

Evlənməmiş xanımlarda yumurtaları vaginal yolla toplamaq istənilmir. Belə hallarda yumurtalar qarın ön divarından — göbək ətrafından, USM nəzarəti altında və narkozla toplanır. Bu üsul texniki cəhətdən daha mürəkkəbdir və mərkəzimizdə illərdir tətbiq olunur. Üsulun mümkünlüyü yumurtalıqların yerləşməsindən asılıdır; buna həkim müayinədən sonra qərar verir.

Yumurta dondurma prosesi necə gedir?

  1. Müayinə. AMH və digər hormonlar, USM.
  2. Yumurtalıqların stimulyasiyası. Orta hesabla 10–12 gün, USM ilə izləmə.
  3. Yumurta toplama. Narkoz altında.
  4. Dondurma və saxlanma. Yetkin yumurtaların laboratoriyada dondurulması və maye azotda saxlanması.

Dondurulmuş yumurta gələcəkdə hamiləliyi təmin edirmi?

Xeyr, amma şansı qoruyur. Nəticə dondurma yaşından və yumurtaların sayından asılıdır. Yumurtalar dondurulmasaydı, illər sonra qadının əlində daha az və daha zəif yumurta qalardı.

Videolar

Tez-tez axtarılanlar

    Nəticələr arasında ↑ ↓ ilə keçin, Enter ilə açın, Esc ilə bağlayın.

    Vizitkart

    DURU Sonsuzluq Mərkəzi

    Dr. Emin Haqverdiyev — uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi

    • ÜnvanNəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 12 (20 Yanvar m/s yaxınlığı)
    • Qeydiyyat nömrəsiZəng və WhatsApp
    • XəritəÜnvanı Google Xəritələrdə açın Açın

    Qəbul əvvəlcədən qeydiyyatla aparılır. Tam onlayn konsultasiya aparılmır, amma analizlərinizi WhatsApp və ya Instagram vasitəsilə göndərib ilkin sualınızı verə bilərsiniz.

    Əlçatanlıq ayarları

    Mətn ölçüsü