Əvvəlcə analizi təsdiqləmək lazımdır
Sperma analizi çox həssas müayinədir və nəticə laboratoriya şəraitindən asılıdır. Buna görə tək bir nəticə ilə qərar verilmir: analiz etibarlı, ixtisaslaşmış laboratoriyada təkrarlanır.
Azoospermiyanın iki əsas növü var
- Tıxanma ilə bağlı azoospermiya — xayada sperm istehsal olunur, amma axarlar tıxandığı üçün xaricə çıxa bilmir.
- İstehsalın pozulması ilə bağlı azoospermiya — xayada sperm istehsalı zəifləyib.
Hansı müayinələr aparılır?
Uroloq-androloq müayinəsi, hormon analizləri və göstəriş olduqda genetik testlər — karyotip və Y xromosomunun mikrodelesiyası — aparılır. Bu testlər spermin tapılma ehtimalını qiymətləndirməyə kömək edir.
Müalicə yolu
TESE və ya mikro-TESE əməliyyatı ilə xaya toxumasından sperm axtarılır. Tapılan spermlər ICSI üsulu ilə yumurtanın mayalandırılmasında istifadə olunur və lazım olduqda dondurulur. Spermin tapılıb-tapılmayacağını əvvəlcədən dəqiq demək olmur, amma bir çox cütlük bu yolla övlad sahibi olur.