Niyə?
Standart analizlər sonsuzluğun bütün səbəblərini göstərmir. Səbəb aşağıdakılarda gizlənə bilər:
- USM-də görünməyən kiçik polip, arakəsmə və ya yapışıqlıqlar — bunları histeroskopiya göstərir;
- endometriumun iltihabı və ya quruluş problemləri;
- spermdə adi analizdə diqqətdən kənarda qalan dəyişikliklər;
- cütlüyün genetik vəziyyəti və laxtalanma pozğunluqları;
- borular açıq görünsə də, onların funksiyasını pozan yapışıqlıqlar və ya endometrioz.
Bizim yanaşmamız
“Səbəbsiz” diaqnozu yalnız bütün ehtimallar ardıcıl yoxlandıqdan sonra qoyulur. Əvvəlki cəhdləriniz nəticə verməyibsə, bu, yolun sonu demək deyil — bəzən doğru cavab daha dərin araşdırmadadır.