Qadın sonsuzluğu

Endometrium niyə qalınlaşmır? İki əsas səbəb

Endometrium uşaqlığın daxili qişasıdır və embrion məhz ona yapışır. Transferdən əvvəl endometriumun kifayət qədər qalın və düzgün quruluşda olması vacibdir.

Endometrium davamlı olaraq qalınlaşmırsa, iki əsas səbəb axtarılır

  1. Çapıq və ya yapışıqlıq. Əvvəlki küretaj, abort və ya uşaqlıqdaxili müdaxilələrdən sonra uşaqlıq boşluğunda çapıq toxuması yarana bilər. Bu toxuma endometriumun normal böyüməsinə mane olur.
  2. Xroniki endometrit. Endometriumun uzunmüddətli, çox vaxt əlamətsiz iltihabıdır. O, embrionun yapışmasını çətinləşdirə bilər.

Necə aşkarlanır?

Hər iki problem histeroskopiya ilə, lazım olduqda endometrial biopsiya ilə aşkarlanır. Histeroskopiya zamanı yapışıqlıqlar eyni seansda açıla bilər. Xroniki endometrit isə səbəbə uyğun müalicə olunur.

Qalınlıq hər şey deyil

Endometriumun qalınlığı normal olsa belə, bu, hələ hamiləliyi təmin etmir. Uşaqlıq boşluğunun forması, polip və ya arakəsmənin olub-olmaması da vacibdir. Buna görə mərkəzimizdə transferdən əvvəl endometrium bizi qane etmirsə, transfer təxirə salınır: embrionlar dondurulur və uşaqlıq hazır olanda köçürülür.

Tez-tez axtarılanlar

    Nəticələr arasında ↑ ↓ ilə keçin, Enter ilə açın, Esc ilə bağlayın.

    Vizitkart

    DURU Sonsuzluq Mərkəzi

    Dr. Emin Haqverdiyev — uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi

    • ÜnvanNəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 12 (20 Yanvar m/s yaxınlığı)
    • Qeydiyyat nömrəsiZəng və WhatsApp
    • XəritəÜnvanı Google Xəritələrdə açın Açın

    Qəbul əvvəlcədən qeydiyyatla aparılır. Tam onlayn konsultasiya aparılmır, amma analizlərinizi WhatsApp və ya Instagram vasitəsilə göndərib ilkin sualınızı verə bilərsiniz.

    Əlçatanlıq ayarları

    Mətn ölçüsü